waplog

Azərbaycanda BMT-nin ekoloji kampaniyasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünyanın bir çox ölkələri tərəfindən birgə buraxılış kimi hazırlanmış “ACT NOW” (İndi hərəkətə keç) mövzusunda poçt markalarını dövriyyəyə buraxıb.

“İndi hərəkətə keç” kampaniyası 2018-ci ilin dekabr ayında BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransında ser Devid Attenboro tərəfindən başladılıb. Kampaniya insanları gün ərzində 10 sadə qaydaya əməl etməklə dünyadakı iqlim böhranının qarşısının alınmasında iştiraka ruhlandırmaq məqsədi daşıyır.
Buraya sağlam qida, suya qənaət, avtomobilsiz həyat tərzi, tullantıların təkrar emalı və s. daxildir.

10 markadan ibarət kiçik vərəq şəklində hazırlanmış buraxılış Belarus Respublikasının Bobruysk şəhərində 10000 vərəq tirajla buraxılıb. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb. 

 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL