waplog

Dil vasitəsilə kompüteri idarə etmək mümkün olacaq


Köln Beynəlxalq Dizayn Məktəbinin magistri Doroti Klasen dilin köməyi ilə kompüteri idarə etmək üsulunu fikirləşib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, o, xüsusi kontroller hazırlayıb. Qurğunun prototipi ona bərkidilmiş kürə və maqnitdən ibarət diş tutucusu formasındadır. Sonuncular xüsusi "relslər" üzrə hərəkət edə bilər.
 
İstifadəçi bu qurğunu ağzına bərkitməli, daha sonra öz dili ilə kiçik kürəni hərəkətə gətirməlidir. Qurğu naqillə kənarda yerləşən kiçik şəbəkə datçikinə qoşulub. Onu, məsələn, qulağın arxasında gizlətmək olar. Kontroller “Wi-Fi” vasitəsilə kompüterlə əlaqə yaradır.
 
Qurğunun yaradıcısı iddia edir ki, yenilik əlillərə faydalı ola bilər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL