waplog

“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək


“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyasını messencerə əlavə etmək niyyətindədirlər. Bu haqda “WABetaInfo” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onlar artıq sözügedən yeniləmənin son versiyasını hazırlayıblar və yaxın vaxtlarda açıq beta sınaqlara başlanılacaq. Bundan sonra “WhatsApp” eyni zamanda 4 qurğuda istifadə edilə biləcək.

 

İstifadəçilər tez-tez bu proqramı bir neçə cihaz üçün dəstəyin olmaması səbəbindən qınaq edirdilər.

 

“WhatsApp”ın proqramçıları hələ cari ilin iyulunda bu funksiyanı elan etmişdilər. Yeni funksiya “Linked Devices” adlandırılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL