waplog

“Zoom” xidmətinin “Android” versiyası yeni funksiyalar əldə edib


Bu il videokonfranslar üçün “Zoom” proqramı koronavirus pandemiyası fonunda çox böyük populyarlıq qazanıb. Platforma daima yeni funksiyalar əldə edir. Bu həftə “Zoom” xidməti “Android” mobil əməliyyat sistemi üçün öz proqramını yeniləyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, yeniliklər sırasında ilk növbədə virtual fon dəstəyini qeyd etmək lazımdır. Bu yenilik istifadəçinin olduğu mühiti gizlətməyə, onu gözəl mənzərə və ya istənilən başqa şəkillə əvəz etməyə imkan verir. Bundan başqa, indi “Zoom” xidmətinin “Android” üçün proqramı səsin birgə istifadəsini, əlavə olaraq ekranın birgə istifadəsini dəstəkləyir. Həmçinin mobil proqramda bəzi səhvlər aradan qaldırılıb və məhsuldarlıq yüksəldilib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL