waplog

“Western Digital” ən sürətli yığcam SSD daşıyıcı təqdim edib


“Western Digital” şirkəti təhlükəsiz korpusa malik ikinci nəsil “SanDisk Extreme Portable SSD” adlı yeni yığcam sərtgövdəli daşıyıcı təqdim edib. “USB Type-C” konnektoru ilə təchiz edilmiş daşıyıcı hazırda öz sinfi üzrə ən sürətlidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “SanDisk Extreme Portable SSD V2” və “SanDisk Extreme Pro Portable SSD V2” yığcam daşıyıcıları 2 metrədək hündürlükdən yerə düşməyə davamlı möhkəm korpusa malikdirlər. Bundan başqa, bu daşıyıcılar “IP55” standartı üzrə sertifikatlaşdırılıb ki, bu da onları toz və sudan qoruyur.

 

Standart modelin məlumatları oxuma sürəti 1050 MB/s, yazma sürəti isə 1000 MB/s təşkil edir. Pro-versiya isə 2000 MB/s-dək oxuma və yazma sürətini təmin edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL