waplog

“WhatsApp” messencerində çoxdan gözlənilən funksiya reallaşdırılıb


Tezliklə populyar "WhatsApp" messencerində tətbiq ediləcək böyük yeniləmə nəticəsində müəyyən çatlardan gələn bildirişləri həmişəlik deaktiv etmək mümkün olacaq. Messencerin "Android" üçün sözügedən funksionala malik beta-versiyası artıq sınaqdan keçirilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, hansısa çatdan daimi bildirişlər gəlirsə, istifadəçi qrupu tərk etmədən sadəcə onları deaktiv edir. Əvvəllər "WhatsApp" messencerində bu bloklama 8 saat, 1 həftə və ya 1 il mümkün idi. İndi isə "Telegram"da olduğu kimi, bildirişləri həmişəlik deaktiv etmək olar.

 

Bundan başqa, "yaddaş interfeysi" menyusu daha geniş məlumat verəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL