waplog

1 dollar dəyərində eşitmə aparatı hazırlanıb


Dünyada milyonlarla insan eşitmə problemindən əziyyət çəkir. Universal aparatlar onların bir çoxuna uyğun gəlmir, fərdi cihazlar isə çox bahadır. Amerikalı mühəndislər 1 dollar dəyərində eşitmə aparatının prototipini işləyib hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “LoCHAid” adlı ucuz eşitmə qurğusu Corciya Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanıb. Qurğunun korpusu adi 3D printerdə çap edilib, onun daxilində rəqəmli siqnal prosessorların əvəzinə, tezlik parametrlərinin tənzimləməsi üçün ucuz elektron filtrlərdən istifadə olunur. AA tipli adi batareya qurğunu enerji ilə təmin edir.
 
İstehsalçıların fikrincə, onlar tərəfindən hazırlanmış qurğunun əsas çatışmazlığı 1,5 ildən çox olmayan işləmə müddətidir. Bundan başqa, aparatın ölçüsü bahalı cihazlarla müqayisədə böyükdür.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL