waplog

İlk “DDR5” operativ yaddaşı təqdim edilib


“SK hynix” şirkəti “DDR5 DRAM” (Double-Data-Rate Five Dynamic Random Access Memory) adlı dünyada ilk növbəti nəsil operativ yaddaş təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni operativ yaddaş süni intellekt, kompüter təlimi və iritutumlu məlumat proqramları üçün optimallaşdırılıb. Əvvəlki nəsil “DDR4” yaddaşı ilə müqayisədə bütün əsas xüsusiyyətlər təkmilləşdirilib.

 

Yeni “SK hynix” operativ yaddaşı bir kontakt üçün 4800-5600 Mbit/saniyə məlumat ötürmə sürətini təmin edir ki, bu da “DDR4” yaddaşının əsas göstəricilərini 1,8 dəfə üstələyir. Bununla yanaşı, enerji gərginliyi 1,2 voltdan 1,1 voltadək azaldılıb. Bu, enerji səmərəliliyini artırmağa imkan verir.

 

Həmçinin “ECC” (Error Correcting Code) səhv korreksiyası dəstəyi tətbiq edilib. Əvvəlki nəsil yaddaşla müqayisədə proqramların işinin etibarlılığı 20 dəfə artacaq.

 

Bundan başqa, “SK hynix DDR5 DRAM” operativ yaddaş modullarının tutumu “Through-Silicon-Via” (TSV) istehsal texnologiyasından istifadə zamanı 256 giqabayta çata bilər.

 

Məlumata görə, “DDR5 DRAM” əvvəlcə server seqmentinə nüfuz edəcək. “SK hynix” nümayəndələrinin sözlərinə görə, yeni nəsil yaddaş etibarlılıq və məhsuldarlığı artırmaqla enerji sərfiyyatını və data mərkəzlərinə sahibliyin qiymətini xeyli azaltmağa imkan verəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL