waplog

“Nvidia” Böyük Britaniyada ən güclü superkompüter təqdim edəcək


2020-ci ildə "Nvidia" şirkəti Böyük Britaniyada istifadə olunacaq ən güclü superkompüter hazırlayacaq. Belə hesablama gücü ilk dəfə səhiyyə sahəsində tədqiqatlar üçün əlçatan olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, ABŞ-ın "Nvidia" şirkəti 52 milyon dollar məbləğində superkompüter hazırlamaq planını açıqlayıb.

 

"Kembric-1" superkompüteri səhiyyədə süni intellekt sahəsində tədqiqatların aparılması üçün nəzərdə tutulacaq. Jurnalistlər bildiriblər ki, sözügedən superkompüterin konsepsiyasını "GTC 2020" konfransında "Nvidia" şirkətinin təsisçisi və əsas icraçı direktoru Censen Huanq təqdim edəcək.

 

İlin sonunadək "Cambridge-1" superkompüterinin 400 petaflopsdan çox məhsuldarlığı təmin edəcək "NVIDIA DGX SuperPOD" sistemindən ibarət olacağı gözlənilir. Bu, ona dünyada ən güclü superkompüterlərin reytinqində (TOP-500) 29-cu yeri tutmağa imkan verəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL