waplog

Yeni “Nokia” televizorları nümayiş olunub


"Nokia" brendli "smart" televizorlar seriyasına "Google Assistant" intellektual səsli köməkçi funksiyası ilə işləmək imkanına malik "Android 9.0" əməliyyat sistemindən istifadə edən altı model əlavə olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, ölçüsü 32 düym diaqonal təşkil edən kiçik model "HD" (1366 × 768 piksel) təsvir ölçüsünə malikdir. 43 düym diaqonallı digər versiya "Full HD" (1920 × 1080 piksel) formatlıdır. Qurğular dördnüvəli "Cortex-A53" prosessoru və "Mali 470 MP4" qrafik sürətləndiricisi ilə təchiz olunub. Operativ yaddaş tutumu 1,5 giqabayt, quraşdırılmış yaddaş 8 giqabayt təşkil edir.

 

Bundan başqa, 43, 50, 55 və 65 düym diaqonallı "4К" (3840 × 2160 piksel) formatlı televizorlar təqdim edilib. Onlar dördnüvəli "Cortex-A55" prosessoru, "Mali 470 MP4" qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

 

Bildirilir ki, üç kiçik model "QuatroX" (24 vatt) dinamikli və yüksəktezlikli şüalandırıcıya (15 vatt) malik ümumi gücü 30 vatta bərabər "Onkyo" audiosistemi ilə təchiz olunub. 50, 55 və 65 düym ölçülü modellər "QuatroX" (30 vatt) və yüksəktezlikli şüalandırıcıya (18 vatt) malik 48 vatt gücündə "Onkyo" audiosistemi ilə təchiz edilib.

 

Bütün yeni qurğular "Wi-Fi 802.11a/b/g/n" və "Bluetooth 5.0" simsiz rabitə adapterləri, üç "HDMI" interfeysi, iki "USB" portu və "Ethernet" şəbəkə kontrollerinə malikdir.

 

Yeni televizorların qiyməti 180-820 dollar arasında dəyişir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL