waplog

“Hyundai” şirkəti minikompüter təqdim edib


“Hyundai” şirkətinin “Intel” prosessoru əsasında işləyən yeni miniatür kompüterinin qiyməti 169 dollar təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Hyundai Mini PC 2020 Model” qurğusu “Celeron N4000” prosessoru əsasında işləyir, temperaturun tənzimlənməsi üçün passiv soyutma sistemi vasitəsilə həyata keçirilir. Minikompüter LPDDR4 standartına malik 4 QB əməli yaddaş və 64 QB-lıq daxili SSD yaddaşla təchiz edilib.

 

“Hyundai Mini PC” qurğusunun ölçüləri 165x135x 32 mm təşkil edir. Həmçinin qurğunun korpusunda bir neçə “USB” portu, 1 ədəd “USB-C” konnektoru və 2 videoçıxış (VGA və HDMI) var. Kompüter 4K formatında təsviri göstərə bilir. Cihaz “Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL