waplog

Videomüşahidə “Əşyalar interneti” üçün qlobal hökumət xərclərinin strukturunda ən böyük paya sahib olacaq


"Gartner" tədqiqat şirkətinin məlumatına görə, küçə videomüşahidə sistemləri "Əşyalar interneti (IoT)" üçün qlobal hökumət xərclərinin strukturunda ən böyük paya sahib olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, analitiklərin proqnozuna görə, 2020-ci ildə dünyada "Əşyalar interneti"nə dövlət xərcləri 14,7 milyard dollar təşkil edəcək ki, bu da ötənilki göstəricidən 6% daha çoxdur. 2021-ci ildə 18% artım (17,4 milyard dollaradək) gözlənilir.

 

2020-ci ildə "IoT" üçün dövlət xərclərinin ümumi məbləğinin 48%-i Çinin payına düşəcək, ABŞ və Qərbi Avropanın töhfəsi müvafiq olaraq 16% və 15% qiymətləndirilir.

 

Proqnozlaşdırılan xərclərin təxminən yarısı (45,6% və ya 6,7 milyard dollar) küçə videomüşahidə sistemlərinə sərf olunacaq. Gələn il bu kateqoriya yenə üstünlük təşkil edəcək.

 

"Gartner" şirkətində belə hesab edirlər ki, 2021-ci ilədək hər min şəhər sakininin payına 8 küçə videomüşahidə kamerası düşəcək. Bu, 2019-cu ilin göstəricisindən 33% çoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL