waplog

“Google Chrome”un mobil versiyasında faydalı təhlükəsizlik funksiyası reallaşdırılıb


Müxtəlif saytlarda avtorizasiya prosesini asanlaşdıran parolların avtomatik doldurulması funksiyası yalnız masaüstü kompüter sahibləri arasında deyil, həm də “Google Chrome”un mobil versiyasının istifadəçiləri arasında populyardır. Brauzerin tərtibatçıları smartfonlarda bu seçimdən istifadə edərkən hesabın "oğurlanmasının" qarşısını almaq üçün “Android” və “iOS” versiyalar üçün yeni təhlükəsizlik alətini təqdim ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “iOS” üçün yenilənmiş “Chrome” brauzerində “Touch ID” və ya “Face ID” vasitəsilə əlavə yoxlama əlçatan olub. Smartfonun sahibi saytda avtorizasiyadan keçərkən hər dəfə avtomatik doldurma funksiyasını seçdikdə “Chrome” brauzeri ondan barmağın skan edilməsi və ya üztanıma vasitəsilə girişi təsdiq etməyi tələb edəcək. “iOS” və “Android” üçün “Chrome” brauzerində, həmçinin şifr və loqinlərin şifrlənmiş formada saxlanılması imkanını nəzərdə tutublar.

 

Şifrləmə vaxtı yalnız istifadəçiyə məlum olan şifr istifadə olunur, buna görə məlumatların ələ keçirilməsi üçün istənilən cəhd əbəsdir. Bundan başqa, “Chrome”un tərtibatçıları brauzerə “sındırılmış” şifrlər haqqında xəbərdarlıq funksiyasını əlavə ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL