waplog

“Samsung” sağlam həyat tərzi keçirənlər və idmançılar üçün yeni fitnes-bilərzik təqdim edib


“Samsung Electronics” şirkəti Çinin populyar ucuz cihazlarına rəqib olacaq yeni “Galaxy Fit2” fitnes-bilərziyini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, “Fit2” cihazı ürək ritmini ölçən sensor, hiroskop və akselerometrlə təchiz edilib. Cihaz iş vaxtı fasilə etmək üçün düzgün vaxtı tövsiyə edir, qət edilmiş məsafəni hesablayır və müxtəlif fiziki aktivlik növləri üçün 90 proqrama malikdir.

 

Fitnes-bilərzik sensor düyməli 1,1 düymlük AMOLED displey, əlaqələndirilmiş smartfondakı messencerdən mesajlara baxış funksiyası, musiqiləri dəyişdirmə funksiyası ilə təchiz edilib, “IP68” standartına uyğun olaraq suya qarşı dayanıqlıdır və 21 günədək avtonom işləyə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL