waplog

“Windows”un yeni versiyası istifadəçidən kompüterin ona nə üçün lazım olduğunu soruşacaq


“Windows 10” əməliyyat sisteminin yeni quraşdırmaları istifadəçidən quraşdırma vaxtı kompüterinin nə üçün istifadə ediləcəyini soruşacaq. Bu haqda rəsmi bloqda məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, funksiya əməliyyat sisteminin konfiqurasiyasını avtomatik rejimdə optimallaşdırmaq üçün nəzərdə tutulub. 6 öncədən quraşdırma ("Oyun", "Ailə", "Yaradıcılıq", "Təhsil", "Əyləncə" və "Biznes") əlçatandır. İstifadəçi lazımlı parametrləri özü tənzimləyərək istifadə senarisi seçimindən imtina edə bilər.

 

Yeni funksiya “Windows 10 Insider Preview 20231” quraşdırmasında əlçatan olub, daha sonra ƏS-nin yekun versiyasına daxil ediləcək. 20231 nömrəli quraşdırmada istifadə senarilərindən başqa proqramların fayllarla assosiasiyasının işi, videokart haqqında informasiyanın göstərilməsi yaxşılaşdırılıb və bir sıra düzəlişlər edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL