waplog

“Eurovision-2012” mahnı müsabiqəsində SMS xidmətindən istifadə ediləcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar  informasiya və kommunikasiya texnologiyaları ilə bağlı bütün məsələləri yüksək səviyyədə həll etmək üçün tədbirlərə başlayıb.

  RİTN xarici qonaqların daha asan şəkildə məlumatlandırılması məqsədilə SMS xidmətindən geniş şəkildə istifadə edəcək.

Belə ki, tədbir dövründə rouminq xidmətindən istifadə edən xarici qonaqlara rouminq xidmətini göstərən yerli mobil operator tərəfindən “Eurovision-2012” ilə bağlı rəsmi sayt, Telefon Məlumat Mərkəzi, qonağın gəldiyi ölkənin səfirliyinin əlaqə detalları və zəruri hesab ediləcək digər məlumatları əks etdirən SMS-lər onların mobil telefonlarına göndəriləcək.

RİTN bununla bağlı hər üç mobil operatora müvafiq tapşırıqlar verib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL