waplog

Pandemiya mobil kontent xərclərinin artmasına səbəb olacaq


"COVID-19" koronavirus pandemiyası 2020-ci ildə dünyada mobil kontent üçün xərclərin 28 faiz artmasına səbəb olacaq. Bu barədə "Strategy Analytics" şirkətinin tədqiqatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, koronavirusun yayılması dünyada əksər insanların evdən işləməsinə və təhsil almasına gətirib çıxarıb. Bununla əlaqədar onlar mobil proqram və oyunlardan daha çox istifadə etməyə başlayıblar.

 

Şirkətin proqnozuna görə, növbəti 5 il ərzində istehlakçı və reklamçılardan əldə edilən ümumi mobil kontent mədaxili 2025-ci ilədək 860 milyard dollara yaxınlaşacaq. Buna səbəb kimi beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfon istifadəçilərinin sayının durmadan artması, "5G" şəbəkələrinin əhatə dairəsinin genişlənməsi, istifadəçilərin isə informasiya, xəbərlər, sosial şəbəkə, videoçarx, oyun və musiqiyə çıxış əldə etmək üçün fərdi qurğulara müraciət etməsi göstərilir.

 

Tədqiqatçıların proqnozunda qeyd olunur ki, "5G" texnologiyası mobil kontentdən istifadə artdıqca xüsusilə data trafikinə və operatorların gəlirlərinə müsbət təsir göstərəcək, eləcə də istehlakçı və reklamçıların mobil kontent üçün xərclərinin artmasının davam etməsinə xidmət edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL