waplog

Avropada “iPhone 12” smartfonları ABŞ-dan baha olacaq


“iPhone 12” smartfonları Avropada ABŞ-dan daha baha satılacaq. Təqdimatı gözlənilən yeni “Apple” qurğularının qiymət siyahısı Niderlandın “LetsGoDigital” portalı tərəfindən dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti.” resursuna istinadən yazır ki, Avropa İttifaqı istifadəçisinə 64 giqabaytlıq yaddaş tutumuna malik kompakt “iPhone 12 mini” modelinin ən sadə versiyası 810 avroya başa gələcək. Əsas “iPhone 12” versiyasının qiyməti 860 avro, 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik “iPhone 12 Pro” versiyasının 1160 avro, ən böyük “iPhone 12 Pro Max” versiyasının başlanğıc qiyməti 1260 avro təşkil edəcək.

 

ABŞ-da blogerlər tərəfindən qeyd olunan dörd “iPhone” modeli versiyasının qiymətləri müvafiq olaraq 649, 749, 999 və 1099 dollar proqnozlaşdırılıb. Lakin ABŞ qiyməti həmişə ştata görə fərqlənən vergi yığımları olmadan göstərilir.

 

Təqdimatı oktyabrın 13-də keçiriləcək yeni “iPhone” smartfonlarının bir müddət sonra satışa çıxarılması nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL