waplog

“Nokia” ucuz tamölçülü qulaqlıqlar təqdim edib


"Nokia" şirkəti həm simsiz, həm də simli rejimdə istifadə edilə bilən "E1200" adlı yeni ucuz tamölçülü qulaqlıqlar təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Nokia E1200" qulaqlığı 20 Hs-dən 20 KHs-dək tezlik diapazonuna malik 40 mm-lik dinamiklərlə təchiz edilib. Həmçinin yenilik "Bluetooth 5" qoşulma dəstəyinə malikdir. Bundan başqa, qulaqlıq "Google", həmçinin "Siri" səs assistentini dəstəkləyir. Qulaqlıqların korpusu alüminiumdan hazırlanıb və konstruksiyanın xüsusiyyətləri onları qatlamağa imkan verir. "E1200" qulaqlığının avtonom iş müddəti 40 saatdır. Eyni zamanda qulaqlığın avtonom iş vaxtı bitən kimi, naqil vasitəsilə ondan istifadə etmək olar.

 

"Nokia E1200" qulaqlığı artıq gələn ay satışa çıxarıla bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL