waplog

2021-ci ildə “Windows 10” sisteminin dizaynı ciddi şəkildə yenilənəcək


Gələn il “Windows 10” əməliyyat sistemində (ƏS) böyük dəyişikliklər gözlənilir. Bu haqda “Microsoft” korporasiyasındakı öz mənbələrinə istinadən “WindowsCentral” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ƏS-nin bir çox əsas elementləri – "Başlat" menyusu, "Bələdçi", "Bildirişlər Mərkəzi" və sairə yenilənəcək. Yenilənmiş interfeysdən başqa, həmçinin yeni funksiyalar istifadəyə veriləcək.

 

Yenilənmiş “Windows 10” əməliyyat sistemi daha müasir olmalıdır, sensor ekranlarla təchiz edilmiş qurğularla dərin inteqrasiya reallaşdırılmalıdır.

 

“Sun Valley” adlandırılmış layihə 2021-ci ilin yayından etibarən tədricən əməliyyat sisteminə inteqrasiya ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL