waplog

Yeni “Nokia 8000” orijinala oxşar deyil


İnternetdə 2000-ci illərin populyar modeli olan “Nokia 8800” telefonunun müasir versiyasına çevrilməli olan “Nokia 8000” mobil telefonunun şəkli yerləşdirilib. Reklam banneri “Winfuture” portalı tərəfindən dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Nokia” azarkeşlərinin gözləntilərinin əksinə olaraq yeni aparat görünüş cəhətdən 15 il bundan əvvəlki mobil telefonla az oxşar cəhətə malikdir. “HMD” şirkəti sadə düyməli monoblok hazırlamağa qərar verib, hərçənd orijinal qurğu metaldan işlənib hazırlanmış slayder idi.

 

Mobil telefon dördnüvəli “Snapdragon 210” prosessoru, 512 MB əməli yaddaş və 4 QB-lıq daşıyıcı ilə təchiz edilib. “KaiOS” əməliyyat sistemi quraşdırılıb. Şüşə ilə örtülmüş 2,8 düymlük ekran 320x240 piksel təsvir ölçüsünə malikdir.

 

Smartfona öncədən “WhatsApp” və “Facebook” mobil proqramları quraşdırılacaq, həmçinin “4G” və “Wi-Fi” dəstəyi olacaq. “Nokia 8000” aparatı 2020-ci ilin sonunadək təqdim edilməlidir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL