waplog

“Google”un sahibi işıq şüaları ilə internetin paylanmasını sınaqdan keçirir


“Alphabet” (“Google”un sahibi) şirkətinin "məxfi" laboratoriyası simsiz optik texnologiyanın sınaqlarına başlayıb. Yeni “Project Taara” layihəsi fiber-optik kabellərin çəkilməsini və ya mobil qüllələrin quraşdırılmasını tələb etmir: internet işığın köməyi ilə paylanılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, sistem iki elementdən ibarətdir: işıq şüasını yayan ötürücü aparat və qəbuledici. Terminallar hündür yerlərdə, məsələn, dirək və ya damlarda quraşdırıla bilər. Bu barədə “Medium”dakı bloqunda layihənin rəhbəri Maxeş Krişnasvami deyib.

 

“Taara” layihəsində baza stansiyaları arasında siqnal 20 km-dək məsafəyə ötürülür və məlumatların ötürülmə sürəti 20 Qbit/s-ə bərabərdir. Krişnasvaminin sözlərinə görə, bu, minlərlə insanın eyni anda “YouTube” izləməsi üçün kifayətdir.

 

“Taara” layihəsinin pilot sınaqlar seriyası ötən il Keniyada və Hindistanın Andxra-Pradeş ştatında keçirilib. İndi “Alphabet” şirkəti Afrikanın Sahara səhrasından cənub istiqamətindəki ucqar bölgələri yüksəksürətli internetə çıxışla təmin etmək üçün yerli operatorlarla əməkdaşlıq haqqında elan edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL