waplog

“Windows” sisteminin zəif kompüterlər üçün xüsusi versiyası istifadəyə veriləcək


2021-ci ildə “Microsoft” korporasiyası ucuz kompüterlər üçün “Windows” əməliyyat sisteminin xüsusi versiyasını təqdim edəcək. Bu haqda “Windows Latest” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, jurnalistlərin araşdırmasına görə, iki ekranlı fərdi kompüterlər üçün “Windows 10x” əməliyyat sistemi zəif kompüterlər üçün xüsusi versiyaya malik olacaq. Bu sistem “Windows Lite” adı altında işlənib hazırlanırdı, amma son nəticədə korporasiyanın menecerləri ondan imtina etməyə qərar veriblər. Əməliyyat sistemi “Windows Core OS”ə əsaslanır və digər “Microsoft” əməliyyat sistemlərindən "Başlat" menyusunun olmaması ilə fərqlənir.

 

“Windows 10x” əməliyyat sistemi 4 QB-dək əməli yaddaşa malik olan qurğular üçün optimallaşdırılıb.

 

“Yüngül” əməliyyat sisteminin ilk versiyası 2021-ci ilin yazında təqdim ediləcək və yalnız bir ekran dəstəkləyəcək. Bundan sonra “Microsoft” korporasiyası bir neçə işçi masasını dəstəkləyən əməliyyat sistemi təqdim edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL