waplog

“WhatsApp” messenceri yeni funksiyalar əldə edib


“WhatsApp” messencerinin yeni versiyasında stikerlər üzrə axtarış və çatın arxa fonunu dəyişdirmək imkanı əlçatan olub. Yenilik haqqında xidmətin rəsmi “YouTube” kanalında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, indi istifadəçi qrup və şəxsi çatlar üçün fon təsvirini tənzimləyə bilər. Həmçinin istifadəçi arxa fona öz şəklini quraşdıra bilər.

 

“WhatsApp”ın yeni versiyasında stikerlər üzrə axtarış funksiyası istifadəyə verilib. Həmçinin populyar stikerlər kateqoriyasına baxmaq olar. Bundan əvvəl lazımi stikeri uzun siyahıdan axtarmaq lazım idi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL