waplog

Monitorlarla təchiz edilən sərnişin avtobusları Bakıda


Bakıya  müasir standaratalara cavab verən monitorlarla təchiz edilən yeni avtobuslar gətirilib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, regionlara işləyən bütün köhnə və az sərnişin tutumlu avtobuslar xətdən çıxarılacaq. Onların əvəzinə xəttə yeni avtobuslar buraxılacaq: "Proses mərhələli şəkildə aparılacaq və gələn il başa çatacaq. Məqsəd sərnişinlərə daha komfortlu xidmət göstərməkdir".
 

 Bakıya 52 ədəd TEMSA markalı avtobusun gətirildiyini xatırladan N.Həsənov onların 20-nin rayonlara işlədiyini bildirib: "Bu avtobuslarda monitorlar, kondisionerlər, soyuducular, tualet var. Onlar Lənkəran, Astara, Xaçmaz, Qusar, Xudat və sair rayonlara işləyir".
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL