waplog

Qabaqcıl smartfonların rəqibinin qiyməti məlum olub


Yeni "Redmi" smartfonu fevralın sonunda satışa çıxarılacaq. Bu barədə "GizChina" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, qabaqcıl modellərə rəqib olacaq "Redmi K40" modeli fevralın 25-də satışa çıxarılacaq. Nəşrin məlumatına görə, qurğunun qiyməti 2999 yuan (464 dollar) təşkil edəcək. Smartfonun dəqiq nümayiş tarixi və qlobal bazara çıxarılma müddəti açıqlanmır.

 

Qurğunun dərc edilən şəkillərinə görə, "Redmi K40" ön kameranın yerləşəcəyi ekranla təchiz ediləcək. Smartfonun arxa panelində dörd obyektivə malik əsas kamera yerləşəcək. Model "Snapdragon 888" və "Snapdragon 870" prosessorları ilə olmaqla minimum iki modifikasiyada buraxılacaq.

 

Bildirilir ki, yeni qurğu sürətli enerjidoldurmanı dəstəkləyən 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Smartfon satışa iki versiyada – komplekt enerjidoldurma qurğusu ilə və aksesuar olmadan çıxarılacaq. Beləliklə, "Redmi" alıcılara enerjidoldurma adapterinə ehtiyac olub-olmaması arasında seçim imkanı verəcək. Bundan əvvəl əsas smartfonlar dəstində enerjidoldurma aksesuarından "Redmi Xiaomi" törəmə şirkəti imtina edib.

 

Yanvarın sonunda verilən məlumata görə, "Redmi K40" smartfonu "Samsung AMOLED" displeyi ilə təchiz olunacaq. Qurğunun ekranı qabaqcıl "Xiaomi Mi 11" smartfonundakı eyni texnologiya əsasında hazırlanıb. Bu isə o deməkdir ki, 120 giqahers görüntü yeniləmə tezliyi dəstəklənəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL