waplog

Qusarda yeni elektron ATS istifadəyə verilib


Qusarın Avaran kəndində yeni elektron ATS istifadəyə verilib. Qusar rayon Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətovun verdiyi məlumata görə, kənd şəhər mərkəzinə yaxın olmasına baxmayaraq burda heç vaxt ATS olmayıb və əhali telefondan istifadə etməyib.

Yeni istifadəyə verilmiş ATS-in 128 nömrə tutumlu olduğunu deyən F.Pirmətov onu da bildirib ki, gələcəkdə ATS ehtiyac olarsa 512 nömrəyə qədər artırıla bilər.Qeyd edək ki, bu, Qusarda istifadəyə verilmiş sayca 26-cı ATS-dir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL