waplog

Avtonom rejimdə 15 il işləyə bilən telefon


Yeni yaradılmış “SpareOne” telefonu avtonom 15 il işləməyə qadirdir. Söhbət gözləmə rejimində olan iş müddətindən gedir. Danışıq rejimində isə yenilik yalnız 10 saat işləyir.

“CES 2012” sərgisində bu telefonu “Powerskin” və “Energizer” şirkətləri təqdim ediblər. “SpareOne” adlı qurğu “AA” ölçütipli bir batareyadan “qidalanır”. Bu barədə  “Engadget” yazıb.

Əlbəttə ki, yenilikdən smartfon funksionallığı gözləmək lazım deyil: bu, yalnız zənglər üçün nəzərdə tutulmuş sadə telefondur. Onunla, həmçinin “Cell İD” vasitəsi ilə yeri müəyyən etmək olar.

İstehsalçıların sözlərinə əsasən, “SpareOne” ehtiyat telefon kimi lazım ola bilər. Belə ki o, yanınızda olduqda enerji yükləməsi haqqında düşünməyə ehtiyac yoxdur. Təcili çağırış etmək lazım gəldikdə, aparat köməyinizə gələcək.

Model ABŞ-da birinci rübdə istehsal ediləcək. Qiyməti 50 dollar olacaq. Bundan sonra “SpareOne” telefonu Avropa və Asiya ölkələrində çıxacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL