waplog

Oğuzda yeni elektron ATS tikilir


Oğuzun Qalabaldır kəndində yeni elektron ATS tikilir. Oğuz Telekommunikasiya Qovşağının rəisi Tahir Musayevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, əvvəllər sözügedən kənddə ATS olmayıb. “Kənddə  Kərimli kəndindən çəkilən 48 nömrə fəaliyyət göstərib. 

Yeni elektron ATS tikilməklə HDSL avadanlığı vasitəsilə mərkəzi ATS-lə birləşməsi vətəndaşların daha keyfiyyətli rabitə xidməti ilə təmin olunmasına şərait yaradacaq”. T.Musayev rayon üzrə 21 kənddə ATS-in olduğunu qeyd edib.

T.Musayev bildirib ki, bütün kəndlərdə sakinlər keyfiyyətli rabitə xidmətləri ilə təmin olunub. Bundan başqa internet xidmətlərinə də çıxış imkanı genişləndirilib. Qeyd edək ki, rayonda hər 100 nəfərə 17 telefon düşür ki, bu da ümumrespublika göstəricisindən çoxdur.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL