waplog

2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək


“PayPal” ödəmə sisteminin prezidenti Skott Tompson bildirib ki, 2015-ci ilədək portmanetlər amerikalıların gündəlik həyatından çıxacaq. "Biz 2015-ci ilədək ABŞ-da hər yerdə: yerli mağazalardan başlayaraq “Walmart” şəbəkəsinə kimi elektron pulun qəbul ediləcəyini hesab edirik. Portmanetlər bizə daha lazım olmayacaq".
“EBay” onlayn-hərracına aid olan “PayPal” proqnozunun təsdiqi kimi yeni kampaniya istifadəyə verir. Kampaniya çərçivəsində alıcılara yalnız elektron pulla hesablaşmağa icazə veriləcək, nağd pullarsa qəbul edilməyəcək. “EBay” şirkəti məhz “PayPal”ın məşhurluğunun artması nəticəsində öz gəlirini və qazancını artırır.
Digər iri şirkətlər də elektron pulun geniş yayılmasını nəzərə alaraq, həmçinin yeni xidmətlər hazırlayır. Məsələn, “Google” şirkəti “Google Wallet” elektron ödəmə sistemini istifadəyə verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL