waplog

Stiv Cobs həyatının qaranlıq məqamları ortaya çıxıb


Federal Təhlükəsizlik Bürosu 1990-cı illərin əvvəllərində hazırlanmış "Apple" şirkətinin banisi Stiv Cobsun dosyesini (bir işə və ya məsələyə aid bütün sənəd və materiallar) elan edib, - fevral ayının 9-da "Agence France-Presse" xəbər verib. 191 səhifədən ibarət olan sənəd İnformasiya azadlığı haqqında  (Freedom of Information Act) qanuna əsasən, açıq edilib.

Dosye 1991-ci ildə, Stiv Cobsun ABŞ prezidenti Böyük Corc Buşun zamanında ixrac şurasına(The President's Export Council) təyin edilməsi müzakirə edilən zaman hazırlanıb. Həmin zaman Cobs "Apple" şirkətini müvəqqəti olaraq tərk etmişdi. Nəticədə Stiv Cobsun namizədliyi bəyənilmiş və o, ixrac üzrə prezident şurasına daxil edilmişdi, -"Associated Press" bildirib.

Dosye hazırlanan zaman FTB agentləri qonşulardan, kolleqalardan, dostlardan və "Apple" banisinin ailə üzvlərindən məlumat toplamışdılar. Onlar, həmçinin Stiv Cobsun özü ilə də söhbət aparmışdılar.
Dosyedə, həmçinin Cobsun şəxsi həyatı haqqında məlumatlar var. Sənədi hazırlayanlar xatırlayırlar ki, "Apple" şirkətinin banisi bir müddət nikahdan kənar doğulmuş qızı və onun anasının qayğısına qalmayıb, lakin dosye hazırlanan zaman vəziyyət yaxşıya doğru dəyişib.

Cobs FTB agentləri ilə söhbət zamanı özü bildirmişdi ki, 1970-1974-cü illərdə, məktəb və kollecdə təhsil alarkən narkotiklərdən istifadə edib. "Apple" banisi o zaman həmçinin bildirmişdi ki, son 5 il ərzində narkotik istifadə etməyib.



http://lenta.ru/news/2012/02/10/file/


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL