waplog

AzScienceNet-in İdarəetmə Şurasının iclası keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AzScienceNet Elm Kompyuter Şəbəkəsinin (EKŞ) İdarəetmə Şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Avropaya inteqrasiya və beynəlxalq tələblərə uyğunlaşma baxımından AzScienceNet-in fəaliyyətinin təşkil olunmasında Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu təşkilatların qərar və tövsiyələrinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələrdən danışıb.

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"ın tələblərinə uyğun olaraq elmi problemlər üzərində araşdırmaların aparılması, yüksək ixtisaslı İKT mütəxəssislərinin hazırlanması kimi əhəmiyyətli məsələlərə toxunub, bu istiqamətdə mütəmadi seminarların təşkilinin vacibliyini önə çəkib. Yeni biliklərin əldə edilməsi və inteqrasiyası, elmi tədqiqatların beynəlxalq tələblər səviyyəsində aparılmasında elektron elmin şəbəkə platforması olan AzScienceNet-in yaratdığı geniş imkanlardan söhbət açıb. Alim həmçinin AzScienceNet şəbəkəsində AZ-CERT xidmətinin təşkili, vəziyyəti və fəaliyyət planının hazırlanması məsələlərinin önəmliliyini qeyd edib.

Sonra İTİ-nin baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet EKŞ-nin 2012-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planını təqdim edib. AzScienceNet EKŞ-nin mövcud vəziyyəti, istismarı və inkişaf etdirilməsi, veb-saytının yaradılması ilə bağlı görülən işlər haqqında danışıb. AMEA-nın DATA Mərkəzinin mövcud vəziyyəti, istismarı və texniki imkanlarının artırılması, AzScienceNet-in yeni xidmətlərinin təşkili, beynəlxalq şəbəkə infrastrukturlarına inteqrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərindən söhbət açıb.

AzScienceNet-in İdarəetmə Şurasının ümumakademiya səviyyəsində elmi-praktiki seminarlarının və elmi-tədqiqat işlərinin təşkilinin əhəmiyyətindən danışıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL