waplog

Yaponiya superkompyuterdən sunaminin imitasiyası üçün istifadə edəcək


“İCTnews” elektron xəbər xidməti “itar-tass.com” resursuna istinadən xəbər verir ki, "Riken" Dövlət Elmi- Tədqiqat İnstitutu və "Fujitsy" şirkəti tərəfindən birgə hazırlanmış Yaponiyanın "Key" superkompyuteri sunaminin imitasiyası sisteminin yaradılması üçün istifadə ediləcək.

Bu barədə fevral ayının 21-i tarixində Senday şəhərində yerləşən Toxoku Universitetinin alimləri bildiriblər. Məlumat üçün qeyd edim ki, 2011-ci ilin mart ayının 11-i tarixində baş vermiş zəlzələ Senday şəhərinə xeyli ziyan vurmuşdu.


"Meqapolislərlə olan vəziyyətdə isə sunaminin ziyanı daha böyük ola bilər, - layihəyə rəhbərlik edən professor Fumixiko İmamura qeyd edib,- Bizim hazırladığımız sistemin təbii fəlakət zamanı əhalinin evakuasiyası üçün daha effektiv plan hazırlamağa kömək edəcəyinə ümid edirəm".

Alimlər müxtəlif hündürlüklü sunamini üç ölçüdə imitasiya edəcək sistem hazırlamaq niyyətindədirlər. Onlar bu sistem vasitəsi ilə dalğanın yayılma sürəti və onun zərərini qiymətləndirəcəklər.

Məlumat üçün bildirim ki, 2011-ci ilin noyabr ayında "Key" superkompyuteri yeni dünya rekorduna imza atıb; onun sürəti 10,51 petaflops (saniyə ərzində kvadrillion əməliyyat) təşkil edib. Yaponiyanın dövlət büdcəsindən “Key” superkompyuterinin hazırlanmasına 112 milyard dollar ayrılıb.


EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL