Tarix: 24/10/14 Naxçıvan MR-in məktəblərində istifadə olunan kompüterlərin 84.5 faizi internetə qoşulub

Hazırda Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur.
Tarix: 24/10/14 “Microsoft” həmtəsisçisi Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb

ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçilərindən biri milyarder Pol Allen Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb. Bu barədə iş adamının saytında deyilir.
Tarix: 23/10/14 Bakı məktəblərində “Fərdiləşmiş Tədris” layihəsinin icrası davam etdirilir

Bu gün Bakı şəhər Ə. Mahmudov adına 220 nömrəli məktəb-liseydə “Fərdiləşmiş Tədris” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
Tarix: 23/10/14 Azərbaycanda dövlət qeydiyyatında olan radioelektron vasitələrin sayı 46 mini ötüb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələr (REV) və radiotezlik istifadəçiləri haqqında statistik məlumat açıqlanıb.
Tarix: 23/10/14 “Yosemite” əməliyyat sistemi istifadəçinin bir çox məlumatlarını “Apple”a ötürür

“OS X Yosemite” yeni əməliyyat sistemi istifadəçinin bir çox məlumatlarını, o cümlədən “Spotlight”da axtarış sifarişləri və yerləşdiyi yer haqda məlumat daxil olmaqla, “Apple”a ötürür.
Tarix: 23/10/14 Cari ilin üçüncü rübündə “Nokia” şirkətinin xalis mənfəəti 750 milyon avro olub

2014-cü ilin üçüncü rübündə Finlandiyanın “Nokia” korporasiyasının xalis mənfəəti ötən ilin müvafiq dövrü (105 milyon avro) ilə müqayisədə xeyli artaraq 750 milyon avro təşkil edib.
Tarix: 23/10/14 “Apple” korporasiyası “iPhone” smartfonundan avtomobilin idarə edilməsi texnologiyasını patentləyib

“Apple” şirkəti avtomobilin bəzi funksiyalarının mobil qurğudan idarə edilməsini patentləyib. Bu haqda ABŞ-ın patent qurumunun saytında informasiya dərc edilib.
Tarix: 23/10/14 Elektron məhkəmə sisteminin yaradılması ilə bağlı Dünya Bankı ilə yeni layihə imzalanıb

Dünya Bankı (DB) ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanda hakimlər, ədliyyə və məhkəmə aparatı işçilərinin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərinin artırılması məqsədi ilə 1.500-dən artıq şəxs təlimlərə cəlb olunub.
Tarix: 23/10/14 Estoniyada “elektron vətəndaşlıq” təsdiq edilib

Estoniya Parlamenti “Elektron vətəndaşlıq haqqında” qanunu təsdiq edib. Qanun 1 dekabr 2014-cü il tarixindən etibarən qüvvəyə minəcək.
Tarix: 23/10/14 “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin son versiyası iki internet resursda müzakirəyə çıxarılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyasını hazırlayıb.
Tarix: 22/10/14 Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmətlərin göstərilməsində mobil texnologiyaların əhəmiyyətini vurğulayıb

Bu gün keçirilən "Sosial müdafiə sahəsində elektron xidmətlər: kəşfiyyat və miqyasın genişləndirilməsi mövzusunda BSTA Avropa Şəbəkəsinin Texniki Seminarı çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mobil texnologiyaların sosial xidmətlərin göstərilməsində vacib rol oynadığını bildirib.
Tarix: 22/10/14 ABŞ-dan kənarda da “Apple Pay” ödəmə sistemindən istifadə edilib

“Apple” smartfonlarının sahibləri “Apple Pay” şirkətinin ödəmə sistemini ABŞ-dan kənarda da istifadə etmək olar. Hərçənd ki bundan əvvəl bildirilmişdi ki, “Apple Pay” hələ ki yalnız ABŞ-ın pərakəndə satış mağazaları üçün işləyir.
Tarix: 22/10/14 “Yüksək Texnologiyalar Parkı”nda növbəti “Startap Weekend” keçiriləcək

Bakıda növbəti “Startap Weekend” (“Startup Weekend”) tədbiri həyata keçiriləcək. Gələn ayın 21-23 tarixləri arasında düzənlənəcək tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimat edəcəkdir.
Tarix: 22/10/14 “Samsung” Ebola virusuna qarşı mübarizə kampaniyasında iştirak edir

Cənubi Koreyanın “Samsung” şirkəti Ebola virusuna qarşı mübarizə kampaniyasında iştirak edərək 1 milyon dollar dəyərində 3 min “Samsung Galaxy S3 Neo” smartfon modelini Qvineya, Sierra Leone və Liberiyanın 60 ixtisaslaşmış klinikasına göndərib.
Tarix: 22/10/14 Beynəlxalq Telekommunikasiya İttifaqı 2015-ci ildə 150 illiyini qeyd edəcək

2015-ci il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tarixində əlamətdar il olacaq. Belə ki, növbəti ildə təşkilat yaradılmasının 150 illiyini qeyd edəcək. Bu barədə BTİ-nin məlumatında deyilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248