Tarix:23/10/14
Açılış mərasimində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev, “Asus” şirkətinin Azərbaycan üzrə rəsmi distributoru olan “Aztech” şirkətinin rəhbəri Zülfüqar Babayev və “Microsoft Azerbaijan” şirkətinin Təhsil Proqramları meneceri Emin Axundov iştirak ediblər.
Bakı şəhər 220 nömrəli məktəb-liseydə yaradılmış tədris otağı təmənnasız olaraq, 30 ədəd “Asus T100” şagird planşeti və 1 ədəd “Asus TX201” müəllim noutbuku ilə təmin olunub. “AsusTransformer” planşetlərinin əsas üstünlüyü klaviaturanın olmasıdır ki, bunun da sayəsində “Windows 8.1” əməliyyat sistemi ilə tədris prosesində daha səmərəli və effektiv nəticələr əldə etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, “Microsoft Azerbaijan” şirkəti “Mədəd Azərbaycan” təşkilatı ilə birlikdə “Fərdiləşmiş Tədris” layihəsində dərs deyən müəllimlərə “1 şagird – 1 kompüter” modeli üzrə təlimlər keçmiş, layihə çərçivəsində təqdim olunan avadanlıqlar müvafiq proqram təminatı və tədris mühiti ilə təmin olunub.
Elnur Əliyev açılış mərasimində iştirakçıları salamlayaraq Təhsil Nazirliyi adından layihəni reallaşdıran “Asus”, “Aztech” və “Microsoft Azerbaijan” şirkətlərinə təşəkkürünü bildirib, eyni zamanda, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu kimi fəaliyyətlərə üstünlük veriləcəyini və təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlərin təşkil olunacağını qeyd edib.
Tədbirdə çıxış edən “Aztech” və “Microsoft Azerbaijan” şirkətlərinin nümayəndələri layihənin əhəmiyyətindən söhbət açib və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.
Bakı məktəblərində “Fərdiləşmiş Tədris” layihəsinin icrası davam etdirilir
Bu gün Bakı şəhər Ə. Mahmudov adına 220 nömrəli məktəb-liseydə “Fərdiləşmiş Tədris” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.Açılış mərasimində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev, “Asus” şirkətinin Azərbaycan üzrə rəsmi distributoru olan “Aztech” şirkətinin rəhbəri Zülfüqar Babayev və “Microsoft Azerbaijan” şirkətinin Təhsil Proqramları meneceri Emin Axundov iştirak ediblər.
Bakı şəhər 220 nömrəli məktəb-liseydə yaradılmış tədris otağı təmənnasız olaraq, 30 ədəd “Asus T100” şagird planşeti və 1 ədəd “Asus TX201” müəllim noutbuku ilə təmin olunub. “AsusTransformer” planşetlərinin əsas üstünlüyü klaviaturanın olmasıdır ki, bunun da sayəsində “Windows 8.1” əməliyyat sistemi ilə tədris prosesində daha səmərəli və effektiv nəticələr əldə etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, “Microsoft Azerbaijan” şirkəti “Mədəd Azərbaycan” təşkilatı ilə birlikdə “Fərdiləşmiş Tədris” layihəsində dərs deyən müəllimlərə “1 şagird – 1 kompüter” modeli üzrə təlimlər keçmiş, layihə çərçivəsində təqdim olunan avadanlıqlar müvafiq proqram təminatı və tədris mühiti ilə təmin olunub.
Elnur Əliyev açılış mərasimində iştirakçıları salamlayaraq Təhsil Nazirliyi adından layihəni reallaşdıran “Asus”, “Aztech” və “Microsoft Azerbaijan” şirkətlərinə təşəkkürünü bildirib, eyni zamanda, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu kimi fəaliyyətlərə üstünlük veriləcəyini və təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlərin təşkil olunacağını qeyd edib.
Tədbirdə çıxış edən “Aztech” və “Microsoft Azerbaijan” şirkətlərinin nümayəndələri layihənin əhəmiyyətindən söhbət açib və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.
Baxış sayı: 1169
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır