Tarix: 27/08/14 Plutona istiqamət götürən planetlərarası stansiya Neptun orbitini keçib

Bəşəriyyət tarixində Pluton planetinə ilk uçuşu həyata keçirən “New Horizons” planetlərarası stansiyası Neptun orbitini keçərək son məqsədinə yaxınlaşır.
Tarix: 26/08/14 Azərbaycanla Belarus birgə qrant layihəsi üzrə tədqiqatın nəticələrini müzakirə edib
_300.jpg)
Belarus Dövlət İnformatika və Radiotexnika Universitetində azərbaycanlı mütəxəssislərlə görüş keçirilib.
Tarix: 26/08/14 Əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması işçi hüquqlarının bərpasına kömək edəcək

Əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması ilə işəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaq. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmaq və əməl etmək məcburiyyətində qalacaq, işçilərin əmək hüquqlarının qorunması daha keyfiyyətlə həyata keçiriləcək.
Tarix: 26/08/14 “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq”
_300.jpg)
Gəncədə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” (Create İnnovative Future - Reshape the World) devizi altında keçirilən “Gəncə-14” forumu artıq başa çatıb. Prezident yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Avropa Gənclər Parlamenti Azərbaycan” tərəfindən təşkil olunan forum 14 ölkədən olan 70 gənci Gəncə şəhərinə toplayıb.
Tarix: 26/08/14 Mobil rabitə abunəçilərinin sayına görə Çin liderdir

2014-cü ilin ikinci rübündə Rusiyada mobil rabitə abunəçilərinin sayı 5 milyon artıb. Müvafiq dövrdə Hindistanda da eyni artım qeydə alınıb: adıçəkilən ölkə abunəçilərin artımına görə Rusiya ilə birgə ikinci yeri bölüşüb. Çin birinci yerdə qərarlaşıb: artım 12 milyon abunəçi təşkil edib.
Tarix: 26/08/14 Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın növbəti iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının yubileyi qeyd olunacaq

Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası çərçivəsində "ICANN" korporasiyası ilə RRB arasında əməkdaşlıq və növbəti tədbirin keçiriləcəyi vaxt və ölkənin müəyyən edilməsi məsələsi müzakirə olunacaq.
Tarix: 26/08/14 “Oracle”: “Təhlükəsizlik müəssisələrdə mobil texnologiyaların geniş tətbiqinin başlıca problemi olaraq qalır”

Mobil texnologiyalar hər yerdə tətbiq edilsə də, hazırda təşkilatların yalnız 10 faizi mobil şəkildə fəaliyyət göstərir.
Tarix: 26/08/14 Sukeçirməz qurğular qlobal smartfon bazarının 30 faizinə sahiblənəcək

“Sony Mobile”in son smartfonlarının özəlliyi suyadavamlı olmasıdır. Məhz bu funksiya Yaponiya şirkətinin 2015-ci ildə buraxacağı orta səviyyəli yeni modellər üçün standart kimi qalacaq.
Tarix: 26/08/14 Beynəlxalq Telekommunikasiya İttifaqı gələn ay dördüncü dəfə “Yaşıl standartlar həftəsi”ni keçirəcək

Pekində 22-26 sentyabr tarixlərində “Ağıllı” dayanıqlı şəhərlər üçün konsepsiyanın hazırlanması” mövzusunda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) “Yaşıl standartlar həftəsi” keçirəcək.
Tarix: 26/08/14 Avropa Komissiyası “Galileo” peyklərinin öz orbitindən uzaqlaşmasının araşdırılmasında iştirak edəcək

Avropa Komissiyası “Galileo” layihəsinin iki peykinin öz orbitindən uzaqlaşma səbəblərinin araşdırılmasında iştirak edəcək. Bu barədə komissiyanın Brüsseldə yaydığı məlumatında deyilir.
Tarix: 26/08/14 Mobil rabitə xidmətləri bazarının rüblük həcmi 0,6 faiz artıb

2014-cü ilin birinci rübündə mobil rabitə operatorlarının ümumi gəliri 264 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 0,6 faiz daha yüksəkdir. “ABI Research” analitiklərinin proqnozuna görə, cari ilin yekununa görə, gəlir mobil internetin inkişafı hesabına illik hesablama üzrə 2,9 faiz artaraq 1 trilyon dolları ötəcək.
Tarix: 25/08/14 Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edilir

Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun üzvləri bu il 20 oktyabr - 7 noyabr tarixində Pusanda (Koreya) keçiriləcək RRB üzv ölkələrin Rabitə Administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edirlər.
Tarix: 25/08/14 Müəllimlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başlayıb

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başlayıb. Qəbul prosesi avqustun 29-na qədər davam edəcək.
Tarix: 25/08/14 Kompüterlər əmək bazarını dəyişir

Mərkəzi banklar üçün keçirilən tədqiqata əsasən, avtomatlaşdırma və mürəkkəb kompüter sistemləri dünyada yüksək elmli və aşağı ixtisaslı işçilərə tələbatı artırır, orta səviyyəli mütəxəssislərə ehtiyac isə azalır.
Tarix: 25/08/14 “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” başa çatmaq üzrədir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" layihəsi çərçivəsində işlər yekun mərhələsindədir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248