Tarix:25/08/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində İşçi qrupun üzvləri konfransın qətnamələrinə dəyişikliklər edirlər. Belə ki, Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclası çərçivəsində dil bərabərliyi hüquqlarının təmin edilməsi məsələsini müzakirə ediblər və konfransın rəsmi saytında məlumatların müxtəlif dillərdə təqdim edilməsi və vaxtlı-vaxtında yenilənməsi ilə bağlı qərar qəbul edilib.
Bununla yanaşı, üzv ölkələr Beynəlxalq Telekommunikasiya İttifaqının reqlamentinin 8 ildə bir dəfə yenidən baxılması qərarına gəliblər. Qeyd edək ki, bu günədək bu prosedur 8-12 ildən bir müddət ərzində həyata keçirilirdi.
İclasda bildirilib ki, 2015-ci ildən etibarən Beynəlxalq Telekommunikasiya İttifaqının yeni və köhnə reqlamentləri paralel şəkildə üzv ölkələr tərəfindən istifadə ediləcək, yəni yeni reqlamentə qoşulmuş ölkələr ona uyğun şəkildə, reqlamentə hələ qoşulmayan ölkələr isə köhnə qayda ilə fəaliyyət göstərəcəklər.
Bununla yanaşı, iclas çərçivəsində Səlahiyyətli Konfransda rəhbər mövqelərə iddiaçılar üzrə Reqional Rabitə Birliyinin Rabitə Administrasiyalarının təklifləri müzakirə ediləcək. Azərbaycan tərəfindən Səlahiyyətlı Konfransın İşçi Qrupunun vitse-sədri vəzifəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdir müavini Rüfət Tağızadənin namizədliyi, C reqionundan Radioreqlamentar komitəyə namizədlər üzrə Reqional Rabitə Birliyinin Rabitə Administrasiyalarının təkliflərinə əsasən Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyevin namizədliyi irəli sürülüb.
Aynur Vəliyeva
Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edilir
Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun üzvləri bu il 20 oktyabr - 7 noyabr tarixində Pusanda (Koreya) keçiriləcək RRB üzv ölkələrin Rabitə Administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edirlər.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində İşçi qrupun üzvləri konfransın qətnamələrinə dəyişikliklər edirlər. Belə ki, Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclası çərçivəsində dil bərabərliyi hüquqlarının təmin edilməsi məsələsini müzakirə ediblər və konfransın rəsmi saytında məlumatların müxtəlif dillərdə təqdim edilməsi və vaxtlı-vaxtında yenilənməsi ilə bağlı qərar qəbul edilib.
Bununla yanaşı, üzv ölkələr Beynəlxalq Telekommunikasiya İttifaqının reqlamentinin 8 ildə bir dəfə yenidən baxılması qərarına gəliblər. Qeyd edək ki, bu günədək bu prosedur 8-12 ildən bir müddət ərzində həyata keçirilirdi.
İclasda bildirilib ki, 2015-ci ildən etibarən Beynəlxalq Telekommunikasiya İttifaqının yeni və köhnə reqlamentləri paralel şəkildə üzv ölkələr tərəfindən istifadə ediləcək, yəni yeni reqlamentə qoşulmuş ölkələr ona uyğun şəkildə, reqlamentə hələ qoşulmayan ölkələr isə köhnə qayda ilə fəaliyyət göstərəcəklər.
Bununla yanaşı, iclas çərçivəsində Səlahiyyətli Konfransda rəhbər mövqelərə iddiaçılar üzrə Reqional Rabitə Birliyinin Rabitə Administrasiyalarının təklifləri müzakirə ediləcək. Azərbaycan tərəfindən Səlahiyyətlı Konfransın İşçi Qrupunun vitse-sədri vəzifəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdir müavini Rüfət Tağızadənin namizədliyi, C reqionundan Radioreqlamentar komitəyə namizədlər üzrə Reqional Rabitə Birliyinin Rabitə Administrasiyalarının təkliflərinə əsasən Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyevin namizədliyi irəli sürülüb.
Aynur Vəliyeva
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır