Tarix:26/08/14
Pekində 22-26 sentyabr tarixlərində "Ağıllı" dayanıqlı şəhərlər üçün konsepsiyanın hazırlanması" mövzusunda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Yaşıl standartlar həftəsi" keçirəcək.
"ICTnews"un tədbirin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən, sayca dördüncü dəfə keçirilən "Yaşıl standartlar həftəsi"nin əsas məqsədi "ağıllı" dayanıqlı şəhərlərin tikintisinə töhfə vermək, elektromaqnit dalğaların insana təsirini öyrənmək, elektron tullantıların idarə edilməsinə kömək etmək, yaşıl texnologiyaların iqtisadiyyatın inkişafında effektiv istifadə yollarını araşdırmaqdır.
Tədbiri "Huawei" şirkətinin dəstəyi ilə BTİ ilə birgə Çin hökumətinin İnformasiya Texnologiyaları və Sənaye Nazirliyi yanında Rabitə sahəsində Tədqiqatlar Akademiyası təşkil edir.
Həftə ərzində yüksəksəviyyəli forum, Asiya-Sakit Okean regionu üçün BTİ-nin 5-ci tədqiqat komissiyasının regional qrupunun iclası keçiriləcək.
Tədbirdə üzv ölkələrin hökumət, özəl və qeyri-hökumət təşkilatlarının, standartların hazırlanması üzrə təşkilatların nümayəndələrinin, "ağıllı" evlərin planlaşdırılması üzrə mütəxəssislərin, İKT, eləcə də ətraf mühit üzrə sahə assosiasiyalarının nümayəndələri iştirak edəcəklər.
Aynur Vəliyeva
Beynəlxalq Telekommunikasiya İttifaqı gələn ay dördüncü dəfə “Yaşıl standartlar həftəsi”ni keçirəcək

Baxış sayı: 581
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır