Tarix: 05/04/14 "Apple” Türkiyədə ilk pərakəndə satış mağazasını açır

“Apple” şirkətinin Türkiyədə ilk rəsmi mağazası İstanbulun “Zorlu” ticarət mərkəzində açılacaq.
Mağazanın açılması ilə bağlı son razılıq fevralın əvvəlində ABŞ istehsalçısının Direktorlar Şurasının sədri Tim Kukun Türkiyəyə səfəri zamanı əldə olunub. Məsələ hətta yüksək səviyyədə ölkə Prezidenti Abdulla Gül ilə müzakirə edilib.
Tarix: 05/04/14 “Apple” “Siri” xidmətini təkmilləşdirir

“Bloomberg” yazır ki, “Apple” korporasiyası “Siri” xidmətinin təkmilləşdirilməsi üçün “Novauris” nitq tanınması proqram təminatı istehsalçısını satın alır.
Tarix: 05/04/14 Dövlət Komitəsinin nümayəndələri müasir statistik veb-sayt və məlumat bazaları üzrə müzakirələrdə iştirak ediblər

Belarus Respublikasının Minsk şəhərində Avropa İttifaqının Statistika İdarəsinin təşkilatçılığı ilə “Statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılması” mövzusunda təlim kursu keçirilib.
Tarix: 05/04/14 Dünyada ilk “hava” displeyi yaradılıb

Yaponiya alimləri tərəfindən hazırlanın ən yeni texnologiya insanların sensorlu ekranlarla təchiz edilmiş qurğularla kontaktını bütünlüklə aradan qaldırır. Konstruksiya baxımından unikal qurğu Tokio universitetlərindən birində ərsəyə gətirilib və havada asılı olan və işıq diodlu displeylə birlikdə işləyən təsvirdir.
Tarix: 05/04/14 Avropanın "Sentinel 1A" peyki orbitə çıxarılıb

Avropanın "Kopernikus" layihəsi çərçivəsində "Sentinel 1A" peyki fəzaya qaldırılıb. Fransız Qvianasında yerləşən "Kuru" kosmodromundan orbitə çıxarılan peyk gözlənildiyi kimi uğurlu alınlıb.
Tarix: 05/04/14 Qlobal elektron ticarətin və gömrük sistemləri prosedurlarının sadələşdirilməsi Bakıda müzakirə ediləcək

Qlobal məkanda elektron ticarətin və gömrük sistemləri prosedurlarının sadələşdirilməsi beynəlxalq mütəxəssislərin iştirakı ilə Bakıda müzakirə ediləcək.
Tarix: 04/04/14 “Nar Mobile”-ın baş sponsorluğu ilə intellektual yarışma start götürür

“Nar Mobile” mobil operatorunun baş sponsoru olduğu ənənəvi “Breyn Rinq” intellektual yarışması AZTV-nin efirində start götürür. Bu il yarışmada Azərbaycanın 16 bölgəsini təmsil edən 29 komanda iştirak edir.
Tarix: 04/04/14 Bakıda yeni televiziya xidmətləri operatoru işə başlayıb

Azərbaycanın regional efir-kabel televiziya xidmətləri operatoru – “Smart TV Plus” şirkəti Bakıda fəaliyyətə başlayıb.
Tarix: 04/04/14 “ULTRA” şirkəti “HP ServiceOne” proqramı çərçivəsində korporativ sifarişçilər üçün servis mərkəzi xidməti göstərəcək

Azərbaycanın aparıcı İT şirkəti olan “ULTRA” şirkəti bu günlərdə “HP” korporasiyasının “EG Silver ServiceOne” statusuna layiq görülüb.
Tarix: 04/04/14 Avropa İttifaqının rouminq xidmətlərinin ləğvi ilə bağlı qərarı Azərbaycanla qarşılıqlı hesablaşmalara təsir göstərməyəcək

Avropa Parlamentinin Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərarı Azərbaycanda fəaliyyət göstərən mobil operatorların Aİ ölkələri ilə hesablaşmalarına heç bir təsir göstərməyəcək.
Tarix: 04/04/14 2013-cü ildə qlobal yarımkeçiricilər bazarının həcmi 5 faiz artaraq 315 milyard dollar olub

“Gartner” analitik şirkətinin hesabatına əsasən, 2013-cü ildə yarımkeçiricilər bazarının həcmi 2012-ci illə müqayisədə 5 faiz artaraq 315 milyard dollar təşkil edib.
Tarix: 04/04/14 Avropa İttifaqı ölkələrində rouminq üçün ödəniş ləğv edildi

Avropa parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib.
Tarix: 04/04/14 “Apple WWDC 2014” konfransı 2-6 iyun tarixlərində keçiriləcək

“Apple” şirkətindən bildirilib ki, 2-6 iyun tarixlərində ABŞ-ın San-Fransisko şəhərində “Apple WorldWide Developers (WWDC) 2014” illik konfransı keçiriləcək.
Tarix: 03/04/14 "NDU-da elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində koreyalı mütəxəssislər Azərbaycandadırlar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) “Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup 31 mart – 18 aprel tarixləri ərzində Azərbaycanda səfərdədirlər.
Tarix: 03/04/14 2019-cu ilədək xrombukların tədarükü 11 milyon ədədədək artacaq

2013-cü ilin yekunları üzrə xrombukların qlobal tədarük həcmi 2 milyon ədəd təşkil edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248