12px13px15px17px
Tarix:05/04/14

"Apple” Türkiyədə ilk pərakəndə satış mağazasını açır

“Apple” şirkətinin Türkiyədə ilk rəsmi mağazası İstanbulun “Zorlu” ticarət mərkəzində açılacaq.
Mağazanın açılması ilə bağlı son razılıq fevralın əvvəlində ABŞ istehsalçısının Direktorlar Şurasının sədri Tim Kukun Türkiyəyə səfəri zamanı əldə olunub. Məsələ hətta yüksək səviyyədə ölkə Prezidenti Abdulla Gül ilə müzakirə edilib.

İstanbuldakı mağaza şirkətin dünyadakı 424-cü pərakəndə satış nöqtəsi olacaq. Belə ticarət nöqtələri ümumilikdə dünyanın 15 ölkəsində fəaliyyət göstərir. “Apple” rəhbərliyinin məlumatına görə, hər gün dünyada onların mağazasına 1 milyona yaxın insan gəlir. İstanbuldakı “Apple Store” mağazası üçün yüz nəfər mütəxəssis və əməkdaş seçilərək təlim keçirilib.  

Şirkət Türkiyədəki rəsmi mağazalar şəbəkəsini dörd mağazayadək genişləndirməyi planlaşdırır. İndiyədək “Apple” məhsullarının Türkiyədə satışı yalnız avtorizə edilmiş satış şəbəkələri vasitəsilə həyata keçirilib, - “İTAR-TASS www.itar-tass.com” yazır.  
 



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024