12px13px15px17px
Tarix:04/04/14

2013-cü ildə qlobal yarımkeçiricilər bazarının həcmi 5 faiz artaraq 315 milyard dollar olub

"Gartner" analitik şirkətinin hesabatına əsasən, 2013-cü ildə yarımkeçiricilər bazarının həcmi 2012-ci illə müqayisədə 5 faiz artaraq 315 milyard dollar təşkil edib. Bu, mobil qurğular üçün yaddaş komponentləri və çip istehsalının artımı ilə izah edilir.
 
"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, 2013-cü ildə 25 aparıcı yarımkeçirici komponent istehsalçısının gəliri 6,9 faiz artıb ki, bu da bazarın digər iştirakçılarının səviyyəsindən xeyli çoxdur. Şirkətin analitikləri kompüter yaddaşı seqmentində yüksək artım qeyd ediblər: 2013-cü ildə ötən illə müqayisədə 23.5 faiz artıb.
 
"Gartner"in məlumatına görə, 2013-cü ildə yarımkeçiricilər bazarının lideri 22-ci il ardıcıl birinci yerdə qərarlaşmış "Intel" şirkəti olub. "Samsung" şirkəti ikinci olub.
 
Emil Hüseynov
 



Baxış sayı: 1171

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024