Tarix: 28/12/13 “Apple” və “Google” şirkətləri virtual şəxsi köməkçinin yaradılmasına milyonlarla dollar xərcləyirlər

Səsli idarəetmə texnologiyaları elektronika bazarı üçün perspektivli istiqamətdir, lakin hələ ki onlara tələbat aşağıdır.
Tarix: 28/12/13 Ucuz “Lumia 1320” planşetofonunun satışlarına başlanılıb

“Nokia” şirkəti “Lumia 1320” planşetofonunun satışlarına başlayıb və Çin bazarında onun qiyməti təxminən 339 dollar təşkil edəcək. Aparat HD təsvir ölçülü 6 düymlük ekran, 1.7 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin microSD slotu ilə təchiz olunub.
Tarix: 28/12/13 Yaponiya şirkətləri Silikon vadisinin vençur biznesinin inkişafına 300 milyard dollar yatırıb

Yaponiyanın ondan artıq nəhəng şirkəti, o cümlədən “Sony Corporation” korporasiyası və “Nissan Motor Co.” avtomobil konserni Silikon vadisinin vençur şirkətlərinin dəstəklənməsi üçün səyləri birləşdirib. Yaponiyanın aparıcı işgüzar qəzeti “Nikkei”in bu gün verdiyi məlumata görə, bu məqsədlə Yaponiya şirkətlərinin artıq 300 milyard dollar yönəltdiyi xüsusi fond yaradılıb.
Tarix: 28/12/13 “Chromebook” qurğularına tələbat artır

Bayramqabağı satış mövsümündə “Chromebook” qurğuları “Amazon” internet mağazasında populyar olub. "Noutbuk" kateqoriyasında satışların həcminə görə “Chrome OS” qurğuları birinci yerdə qərarlaşıb.
Tarix: 28/12/13 ADİU-da imtahanların kompüterləşmiş test üsulu ilə keçirilməsi üçün müasir İKT infrastrukturu yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində 2013/2014 tədris ilinin qış imtahan sessiyası 2013-cü ilin 29 dekabr tarixindən 2014-cü ilin 3 fevral tarixinədək keçiriləcək.
Tarix: 28/12/13 “Nokia” şirkəti “Here Maps” tətbiqini “Apple App Store” onlayn mağazasından silib

“Engadget” bloqu yazır ki, Finlandiyanın “Nokia” şirkəti “Apple App Store” onlayn mağazasından “Here Maps” kartoqrafiya tətbiqini silib.
Tarix: 28/12/13 Bir neçə İT şirkətinin bazar payını itirəcəyi gözlənilir

Bəzi ekspertlərin fikrincə, “LG”, “HTC” və “Huawei”, eləcə də digər şirkətlər növbəti ildə mobil qurğular bazarında payın xeyli azalması ilə üzləşəcək. Bu, qabaqcıl smartfon modellərinə stabil, lakin aşağı tələbatın nəticəsində baş verəcək. “HTC One” modeli şöhrət qazanmasına baxmayaraq satış həcmi proqnozlaşdırılandan aşağı olub.
Tarix: 28/12/13 İraq naziri: “Peykin əhatə dairəsinə daxil olan ölkə kimi, biz də “Azərspace”in xidmətlərindən yararlanmaq istəyirik”

Hələ 1979-cu ildə Bakı və İraqın Bəsrə şəhərinin qardaşlaşmasına dair sənəd imzalanıb. Müstəqil Azərbaycanla İraq arasında diplomatik münasibətlərin tarixi isə 1992-ci ildən başlayır və həmin il bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb.
Tarix: 28/12/13 Əmək müqavilələri elektron formada imzalanacaq

İişəgötürənlə işçilər arasında imzalanan əmək müqavilələri elektron formada olacaq.Bu qərar ötən gün Milli Məclisdə qəbul edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” müvafiq dəyişikliklərin edilməsinə dair Qanun layihəsində öz əksini tapıb.
Tarix: 27/12/13 Hindistan ucuz smartfon istehsalına başlayıb

Hindistanın ucuz “Xolo” mobil qurğu istehsalçısı yüksəksürətli “TDD-LTE” şəbəkələrində işləyə bilən ilk smartfonun satışlarına başlayıb. “Xolo LT900” qurğusunun qiyməti ucuzdur, lakin güclü funksionallığa malikdir.
Tarix: 27/12/13 2013-cü ildə ölkədə 22 yeni stansiya qurulub

2013-cü ildə Azərbaycanda 4 seysmo-telemetrik “Kinemetrics”, 22 GPS, 15 “Tiltimetr” və 1 geokimyəvi yeni stansiya qurulub. Bu barədə AMEA Yer Elmləri Bölməsi (YEB) və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2013-cü il üçün hesabatına həsr olunmuş iclasında bildirilib.
Tarix: 27/12/13 AMEA-nın institut və təşkilatlarında İKT üzrə struktur bölmələrinin yaradılması təklif olunub

AMEA Rəyasət Heyətinin iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyev İKT ili ilə bağlı Tədbirlər planı üzrə AMEA-nın Fəaliyyət planının icrasına dair hesabat məruzəsi ilə çıxış edib.
Tarix: 27/12/13 Regional ədliyyə şöbəsinin yeni tikilmiş inzibati binasında müasir İKT infrastrukturu qurulub

İmişli regional ədliyyə şöbəsinin yeni tikilmiş müasir inzibati binası istifadəyə verilib.
Tarix: 27/12/13 Azərbaycanın regionlarında elektron bank xidmətlərinə çıxış imkanları artırılacaq

Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Tarix: 27/12/13 Mərkəzi Bank: “Elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötüb”

Mərkəzi Bank (MB) 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bankın məlumatına görə, 2013-cü ildə MB öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldib, ölkədə maliyyə vasitəçiliyi genişlənib və şaxələnib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248