12px13px15px17px
Tarix:28/12/13

Ucuz “Lumia 1320” planşetofonunun satışlarına başlanılıb

“Nokia” şirkəti “Lumia 1320” planşetofonunun satışlarına başlayıb və Çin bazarında onun qiyməti təxminən 339 dollar təşkil edəcək. Aparat HD təsvir ölçülü 6 düymlük ekran, 1.7 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin microSD slotu ilə təchiz olunub.

Bundan başqa, “Lumia 1320” 5 meqapiksellik əsas fotomodul və ön VGA kameraya malikdir. Akkumulyatorun tutumu 3400 milliamper/saat təşkil edir və “3G” şəbəkələrində 21 saatlıq və ya musiqi dinləmə rejimində 100 saata qədər danışıq üçün kifayətdir. Planşetofonun ölçüləri 164,25 × 85,9 × 9,79 mm, çəkisi 220 qr təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Lumia 1320” satışa çıxarıldıqda ilk öncə Çində əlçatan olacaq, daha sonra isə Tayvan, Honkonq, Sinqapur və başqa regionlarda onu satın almaq mümkün olacaq.

Emil Hüseynov



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024