Tarix:27/12/13
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yenilik “Android 4.2 Jelly Bean” əməliyyat sistemi və 1.5 QHs takt tezlikli “Qualcomm MSM8960 Snapdragon S4” prosessoru ilə işləyir. 4,3 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Ekran “One Glass Solution” (OGS) texnologiyası üzrə hazırlanıb və “Gorilla Glass” qoruyucu şüşəsi tətbiq edilib.
Bundan başqa, qurğu 8 meqapiksellik kamera, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla (32 QB-dək çıxarıla bilən microSD kartlarından istifadə mümkündür), 1810 milliamper/saat tutumlu batareya və “Wi-Fi 820.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları ilə təchiz edilib.
Sözügedən smartfonda SİM kartlar üçün bir slot var. Aparatın ölçüləri 66x128,7x9,8 mm təşkil edir. Danışıq rejimində avtonom iş vaxtı 15 saat, gözləmə rejimində 362 saata bərabərdir.
Emil Hüseynov
Hindistan ucuz smartfon istehsalına başlayıb
Hindistanın ucuz “Xolo” mobil qurğu istehsalçısı yüksəksürətli “TDD-LTE” şəbəkələrində işləyə bilən ilk smartfonun satışlarına başlayıb. “Xolo LT900” qurğusunun qiyməti ucuzdur, lakin güclü funksionallığa malikdir.“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yenilik “Android 4.2 Jelly Bean” əməliyyat sistemi və 1.5 QHs takt tezlikli “Qualcomm MSM8960 Snapdragon S4” prosessoru ilə işləyir. 4,3 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Ekran “One Glass Solution” (OGS) texnologiyası üzrə hazırlanıb və “Gorilla Glass” qoruyucu şüşəsi tətbiq edilib.
Bundan başqa, qurğu 8 meqapiksellik kamera, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla (32 QB-dək çıxarıla bilən microSD kartlarından istifadə mümkündür), 1810 milliamper/saat tutumlu batareya və “Wi-Fi 820.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları ilə təchiz edilib.
Sözügedən smartfonda SİM kartlar üçün bir slot var. Aparatın ölçüləri 66x128,7x9,8 mm təşkil edir. Danışıq rejimində avtonom iş vaxtı 15 saat, gözləmə rejimində 362 saata bərabərdir.
Emil Hüseynov
Baxış sayı: 629
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır