Tarix: 16/12/13 Mark Sukerberqdən riyaziyyatçılar üçün 3 milyon dollar

“Mail.Ru Group” və “DST” fondunun yaradıcılarından biri Yuri Milner və “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq riyaziyyatçılar üçün 3 milyon dollar məbləğində “Breakthrough Prize in Mathematics” mükafatını təsis etmək niyyətində olduqlarını açıqlayıblar.
Tarix: 14/12/13 Təhsil Nazirliyində Təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində Təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqda əmr imzalayıb.
Tarix: 14/12/13 “Cisco” yaxın 3-5 ildə satış templərinin azalmasını gözləyir

“Cisco Systems” şirkəti inkişaf edən bazarlara malik olan ölkələrdə satışların zəifləməsi fonunda yaxın 3-5 ildə satış həcmlərinin azalmasını proqnozlaşdırır.
Tarix: 14/12/13 Norveç virtual pulu valyuta kimi tanımaqdan imtina edib

Norveç Çindən sonra “Bitcoin” rəqəmli valyutasını valyuta kimi tanımaqdan imtina edərək bəyan edib ki, kompüter pulları həqiqi valyuta olmadığından onlardan birja alətləri üçün xarakterik olan vergilər tutulacaq.
Tarix: 14/12/13 Stiv Cobsun imzası ilə olan sənəd 40 min dollara satılıb

“Apple” şirkətinin banisi Stiv Cobsun imzası ilə olan sənəd “RR Auction” hərrac evində 40 min dollara satılıb.
Tarix: 13/12/13 Nazir müavini: “İKT-dən təhsildə daha geniş istifadə müəllim fəaliyyətini şərtləndirən əsas amillərdir”

Dekabrın 13-də 132-134 saylı təhsil kompleksində Təhsil Nazirliyi və “Samsung Electronics” şirkətinin dəstəyi ilə “Samsung Smart School” proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılış mərasimi keçirilib.
Tarix: 13/12/13 Azərbaycanda DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı “dəyirmi masa” keçirilir

Milli Televiziya və Radio Şurası tərəfindən bu gün Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı “dəyirmi masa” keçirilir.
Tarix: 13/12/13 Fərdi kompüterlər "Dell” və “HP”-nin biznesinin vacib hissəsi olaraq qalır

Dünyanın nəhəng fərdi kompüter istehsalçıları "Dell” və “HP” fərdi kompüterlərin satış həcminin azalmasından daha çox ziyan çəksələr də, hər iki şirkətin rəhbəri gələcəkdə bu məhsulun onların biznesində əsas rol oynamaqda davam edəcəyini bildirib.
Tarix: 13/12/13 Analitiklər 2013-cü il üçün İT xərclərin həcmi ilə bağlı proqnozu iki dəfə azaldıblar

Qlobal bazarda qeydə alınan iqtisadi çətinliklərlə əlaqədar şirkətlər informasiya texnologiyaları sahəsinə investisiya yatıra bilmirlər. Nəticədə “Sanford C. Bernstein” şirkətinin analitikləri cari il üçün İT xərclərin həcmi ilə bağlı proqnozu iki dəfə azaldıblar.
Tarix: 13/12/13 “Gartner”: 2015-ci ilədək ən böyük “bulud” provayderlərinin 25%-i mövcud olmayacaq

“Gartner” şirkətinin analitiki “bulud” xidmətləri bazarında genişmiqyaslı birləşmə proseslərinə başlanılması haqqında məlumat verib. Yaxın iki ildə dünyanın 100 ən böyük “bulud” provayderinin təxminən 25%-i müflis olacaq və ya satın alınacaq. Bu barədə “Gartner Data Center Conference” konfransında deyib.
Tarix: 13/12/13 Azərbaycanda tibbi funksiyalara malik “LifeWatch-V” smartfonunun satışına başlanılıb

Artıq tibbi funksiyalara malik, unikal “LifeWatch-V” smartfonunun Azərbaycanda satışına start verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “MobiTel” şirkəti məlumat yayıb.
Tarix: 13/12/13 “Foxconn” daşınan kompüterlərin hazırlanmasının maliyyələşdirilməsi üçün fond yaradır

Tayvanın nəhəng “Foxconn Technology Group” elektronika istehsalçısı yeni növ daşınan texnika hazırlayan “start up”ların maliyyələşdirilməsi üçün nəzərdə tutulan fond təsis edib. Fondun ilkin nizamnamə kapitalı 200 milyon yeni Tayvan dolları (6,8 milyon ABŞ dolları) təşkil edib.
Tarix: 13/12/13 “Sony” smartfon və planşetlər üçün USB fləş-kart təqdim edib

“Sony” şirkəti planşet və smartfonlarla istifadə üçün nəzərdə tutulmuş “USB” yığıcı təqdim edib. Cihaz iki konnektorla (tam ölçülü USB və microUSB) təchiz edilib. Yaponiya şirkətindən hesab edilir ki, fləş-kart məlumatların kompüterdən mobil qurğulara daşınmasını asanlaşdıracaq.
Tarix: 13/12/13 Ən çox satılan smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti qlobal smartfon bazarında ən çox satılan telefonların reytinqinə dair növbəti hesabat dərc edib.
Tarix: 12/12/13 “Azerfon” şirkəti 2014-cü ilin birinci rübündə iki mühüm layihə reallaşdıracaq

Şirkətin baş icraçı direktoru Kent Maknilinin verdiyi məlumata əsasən, gələn ilin birinci rübündə Mobil Nömrələrin Daşınması və “4G” şəbəkəsinin istifadəyə verilməsi istiqamətində işlər başa çatdırılacaq.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248