Tarix:14/12/13
Norveç Çindən sonra “Bitcoin” rəqəmli valyutasını valyuta kimi tanımaqdan imtina edərək bəyan edib ki, kompüter pulları həqiqi valyuta olmadığından onlardan birja alətləri üçün xarakterik olan vergilər tutulacaq.
Norveç Vergi Xidmətinin baş direktoru Hans Xristian Holte qeyd edib ki, “Bitcoin” pul və valyuta haqqında ənənəvi təsəvvürlərə uyğun deyil. “Biz bunu müzakirə etdik və “Bitcoin”a verginin tətbiq edilməsi ilə bağlı yekdil fikrə gəldik. Nəticədə rəqəmli valyuta birja alətinə bərabərləşdirildi. Bu isə o deməkdir ki, bu aktivə sahib olanlar kapital artımına görə vergi ödəməli olacaqlar”, - deyə o vurğulayıb.
Xatırladaq ki, avqustda Almaniya virtual pula vergi tətbiq edib.
Hazırda dünyada rəqəmli pulların ümumi sayı 12 milyon təşkil edir. “Bitcoin” yaradıcısı Satoşi Nakamoto alqoritmi yaradan zaman kompüterlərin populyarlığının və məhsuldarlığının sürətlə artmasını da nəzərə alıb. Sistemdə 21 milyonluq pul sayına yalnız 2140-cı ildə nail olunacaq.
Qeyd edək ki, "Bank of America” analitikləri “Bitcoin” virtual valyutası haqqında ilk hesabat dərc ediblər. Hesabatda deyilir ki, “Bitcoin” böyük potensiala malikdir və internetdə əsas ödəniş vasitəsi ola bilər.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar, sadəcə, anonim şəklində olur, -“IT Expert www.itexpert.org.ua” yazır.
Norveç virtual pulu valyuta kimi tanımaqdan imtina edib

Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır