12px13px15px17px
Tarix:14/12/13

Təhsil Nazirliyində Təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində Təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqda əmr imzalayıb.

Təhsil Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, işçi qrupuna tapşırılıb ki, aidiyyəti qeyri-hökumət təşkilatları ilə birlikdə təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizmi və tətbiqinə dair təklifləri işləyib hazırlasın.
 
Eyni zamanda işçi qrupu təhsil alanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən halları araşdırsın və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etməlidir. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Aynur Vəliyeva
 



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024