Tarix: 26/11/13 Azərbaycanın İT şirkəti Qırğızıstanda keçirilən tenderdə iştirak edirb

“SİNAM” şirkəti noyabr ayında Qırğızıstan Respublikasında “Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi” layihəsi çərçivəsində Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən “QırğızHidroMet”-in arxivinin üzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar Fondunun yaradılması” üzrə keçirilən açıq tenderdə iştirak edib.
Tarix: 26/11/13 “Nokia” mobil şəbəkənin virtuallaşdırılmasını təklif edir

“Nokia Solutions and Networks” şəbəkə avadanlığı tədarükçüsü Koreyanın “SK Telecom” operatoru ilə birlikdə rabitə operatorlarının mobil şəbəkə nüvəsini tam virtuallaşdırmağa imkan verən unikal texnologiyanı nümayiş etdirib. Nüvənin virtuallaşdırılması yeni servisləri daha asanlıqla yaratmağa imkan verir.
Tarix: 26/11/13 “Foxconn” ABŞ-da 500 iş yeri açacaq

“Hon Hai Precision Industry Co” şirkəti (Foxconn brendi) kontrakt biznesinin şaxələndirilməsi proqramının həyata keçirilməsi çərçivəsində ABŞ-da istehsal xəttinin inkişafına 40 milyon dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb.
Tarix: 26/11/13 “Microsoft” bütün qurğular üçün bir “Windows” əməliyyat sistemi hazırlamağı planlaşdırır

Hazırda “Microsoft” korporasiyası istehlak əməliyyat sistemlərinin üç versiyasına malikdir: “X86” prosessorları əsasında işləyən kompüter, noutbuk və planşetlər üçün “Windows 8.1”; “ARM” prosessorları əsasında işləyən planşetlər üçün “Windows RT”; smartfonlar üçün “Windows Phone”. Lakin gələcəkdə şirkət öz məhsullarında bir əməliyyat sistemindən istifadə etmək istəyir.
Tarix: 26/11/13 Sosial xidmət sahələri üzrə avtomatlaşdırma işləri davam etdiriləcək

“Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakıda və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafına, işaxtaranların əmək bazarına inteqrasiyasına öz töhfəsini verir. Yaxın vaxtlarda Gəncə şəhərində də belə bir mərkəzin açılacağı gözlənilir.
Tarix: 26/11/13 "BlackBerry” şirkətini 3 top-menecer tərk edir

Kanadanın “BlackBerry” mobil qurğular istehsalçısı şirkətini 3 top-menecer - əməliyyat direktoru Kristian Tir, marketinq direktoru Frenk Bulben və əməliyyat direktoru Brayan Bidalka tərk edir. Bu barədə şirkətin rəsmi məlumatında deyilir.
Tarix: 26/11/13 ABŞ-ın Türkiyədəki İKT şirkətlərinin iştirakı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ biznes forumu keçirilib.
Tarix: 26/11/13 “Nokia”nın Çin fabrikinin işçiləri “Microsoft” ilə imzalanan sazişə etiraz edirlər

“Nokia” şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin “Microsoft” korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər.
Tarix: 25/11/13 “Samsung Galaxy Grand 2” smartfonu təqdim edilib

“Samsung” şirkəti “Galaxy Grand 2” adlı smartfon təqdim edib. O, ötən ilin sonunda təqdim edilmiş orta qiymət kateqoriyasına məxsus “Galaxy Grand” orijinal smartfonunun yenilənmiş versiyasıdır.
Tarix: 25/11/13 Bir neçə il sonra televizor bazarının vəziyyəti bərpa olunacaq

“IHS” analitik agentliyinin məlumatlarına əsasən, 2013-cü ilin birinci üç rübü rübündə qlobal bazara maye kristal, plazma və kineskop modellər daxil olmaqla ümumilikdə 158 milyon televizor tədarük edilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərici 4,4% azalıb.
Tarix: 25/11/13 Azərbaycanda müəyyən radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş keçiriləcək

Bakıda dekabrın 3-də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə tənzimləyicilərinin radiotezliklərin istifadəsini tənzimləyən strukturların rəhbərləri üçün yüksəksəviyyəli görüş keçiriləcək.
Tarix: 25/11/13 “Bakcell” şirkəti “Hesab.az” portalında yeni kampaniyaya start verib

“Bakcell” şirkəti abunəçilərinə “Hesab.az” onlayn xidmətlər portalının xidmətlərini istifadə edərək əlavə bonuslar qazanmaq imkanı təqdim edib.
Tarix: 25/11/13 Koreya Texnologiya və Təhsil Universiteti AMEA institut və təşkilatları üçün təqaüd proqramı elan edir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Respublikasındakı Nümayəndəliyi AMEA institut və təşkilatlarının bakalavr və daha yüksək dərəcəyə malik, yaşı 38-ə qədər olan əməkdaşlarını 10 fevral 2014-cü il – 3 iyul 2015-ci il tarixlərdə Koreya Texnologiya və Təhsil Universitetinin Texno-İnsan Resurslarının İnkişafı Məktəbi (KOREATECH) tərəfindən təşkil edilən təqaüd proqramında iştirak etməyə dəvət edir.
Tarix: 25/11/13 Çinin elektron ticarət portalı “Bakutel 2013”-dən yazıb

Çinin ən məşhur elektron ticarət portallarından biri olan “www.newmaker.com” “Bakutel 2013” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisindən yazıb.
Tarix: 25/11/13 2014-cü ildə planşetlər bazarında rəqabət artacaq

2014-cü ildə “ASUSTeK Computer” (bazarda daha çox Asus adı ilə tanınır) və “Lenovo” şirkətləri planşet kompüterlər bazarında ikinci yeri tutan Cənubi Koreyanın “Samsung” istehsalçısından geriliyi azaltmağa çalışacaq.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248