Tarix:25/11/13
Ehtimal ki, mənfi dinamika son rübdə də saxlanılacaq. Nəticədə cari ilin yekununa görə, ümumilikdə televizor bazarının həcmi 4,8% azalaraq 226,8 milyon olacaq.
Həmçinin qeyd edilir ki, illik geriləmə ikinci dəfə ardıcıl olaraq baş verəcək. 2012-ci ildə televizorların tədarük həcmi 6,7% azalıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari il üçün olduqca pessimist proqnoza baxmayaraq, "IHS" mütəxəssisləri hesab edirlər ki, artıq 2014-cü ildə televizor bazarının vəziyyəti tədricən yaxşılaşacaq. Lakin əvvəlki istehsal gücünə qayıdış 2017-ci ildən tez baş verməyəcək.
Sözügedən seqmentdə qüvvələr nisbətinə gəlincə, analitiklər bildiriblər ki, "Samsung" aparıcı televizor istehsalçısı olaraq qalır. Analitik şirkətin məlumatına görə, 2013-cü ilin ikinci rübündə şirkət təqribən 11 milyon televizor tədarük edib ki, bu da bazarın 21%-i deməkdir. Başqa sözlə, bazara tədarük edilmiş hər beşinci televizor Koreya şirkətinə məxsus olub.
İkinci yerdə Cənubi Koreyanın "LG" şirkəti qərarlaşıb: üçüncü rübdə 7,9 milyon televizor tədarük edib və 16% bazar payına sahiblənib. Üçüncü yerdə Yaponiyanın "Sony" şirkəti gəlir. İlk onluqda, həmçinin "TCL", "Hisence", "Toshiba", "Skyworth", "Sharp", "Konka" və "Philips" şirkətləri qərarlaşıb.
Emil Hüseynov
Bir neçə il sonra televizor bazarının vəziyyəti bərpa olunacaq
"IHS" analitik agentliyinin məlumatlarına əsasən, 2013-cü ilin birinci üç rübü rübündə qlobal bazara maye kristal, plazma və kineskop modellər daxil olmaqla ümumilikdə 158 milyon televizor tədarük edilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərici 4,4% azalıb.Ehtimal ki, mənfi dinamika son rübdə də saxlanılacaq. Nəticədə cari ilin yekununa görə, ümumilikdə televizor bazarının həcmi 4,8% azalaraq 226,8 milyon olacaq.
Həmçinin qeyd edilir ki, illik geriləmə ikinci dəfə ardıcıl olaraq baş verəcək. 2012-ci ildə televizorların tədarük həcmi 6,7% azalıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari il üçün olduqca pessimist proqnoza baxmayaraq, "IHS" mütəxəssisləri hesab edirlər ki, artıq 2014-cü ildə televizor bazarının vəziyyəti tədricən yaxşılaşacaq. Lakin əvvəlki istehsal gücünə qayıdış 2017-ci ildən tez baş verməyəcək.
Sözügedən seqmentdə qüvvələr nisbətinə gəlincə, analitiklər bildiriblər ki, "Samsung" aparıcı televizor istehsalçısı olaraq qalır. Analitik şirkətin məlumatına görə, 2013-cü ilin ikinci rübündə şirkət təqribən 11 milyon televizor tədarük edib ki, bu da bazarın 21%-i deməkdir. Başqa sözlə, bazara tədarük edilmiş hər beşinci televizor Koreya şirkətinə məxsus olub.
İkinci yerdə Cənubi Koreyanın "LG" şirkəti qərarlaşıb: üçüncü rübdə 7,9 milyon televizor tədarük edib və 16% bazar payına sahiblənib. Üçüncü yerdə Yaponiyanın "Sony" şirkəti gəlir. İlk onluqda, həmçinin "TCL", "Hisence", "Toshiba", "Skyworth", "Sharp", "Konka" və "Philips" şirkətləri qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır