12px13px15px17px
Tarix:25/11/13

“Samsung Galaxy Grand 2” smartfonu təqdim edilib

“Samsung” şirkəti “Galaxy Grand 2” adlı smartfon təqdim edib. O, ötən ilin sonunda təqdim edilmiş orta qiymət kateqoriyasına məxsus “Galaxy Grand” orijinal smartfonunun yenilənmiş versiyasıdır.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni smartfonun qiyməti haqqında heç bir məlumat yoxdur, lakin məlumdur ki, “Samsung Galaxy Grand 2” smartfonu 5,25 düymlük “HD” ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor və 1.5 QB əməli yaddaşla təchiz ediləcək. Aparatın daxili yaddaşı 8 QB olacaq.

Smartfon, həmçinin 8 və 1,9 meqapiksel təsvir ölçüsünə malik iki kamera, “Wi-Fi”, “Bluetooth” və “GPS” modulları və 2600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Aparat “Android 4.3” əməliyyat sistemi ilə işləyəcək. “Samsung Galaxy Grand 2” smartfonunun yalnız ağ və qara deyil, həm də çəhrayı korpusa malik modelləri satışa çıxarılacaq.

Emil Hüseynov



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024